«Qələbə» meydanında aparılan yol tikintisi gələn il yekunlaşacaq

«Qələbə» meydanında aparılan yol tikintisi gələn il yekunlaşacaq
# 17 oktyabr 2012 07:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakının «Qələbə» meydanındakı müxtəlif səviyyəli yol qovşağının tikintisi 2013-cü ildə yekunlaşacaq.

«APA-Economics»in «Azəryolservis» ASC-nin yaydığı xəbərə istinadən verdiyi məlumata görə, tikintisi davam etdirilən yol qovşağı kompleksinə 6 tunel, 2 piyada keçidi və metronun «Gənclik» stansiyasının 2 çıxışının tikintisi daxildir. Layihə üzrə 5 tunelin yerləşdiyi ərazidə kommunikasiyaların köçürülməsi və tikinti quraşdırma işləri başa çatdırılıb. Hazırda üzlənmə, drenaj işləri və tunellərin daxilində yol geyiminin tikintisi həyata keçirilir. Svay işləri yekunlaşan digər tuneldə isə papaq tirlərinin və üst aşırım tirlərinin quraşdırılmasına başlanılıb.
Ümumilikdə, işlərin 70%-i başa çatdırılan kompleksin 2013-cü ildə istismara verilməsi planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR