Azərbaycan prezidenti Belçika kralını təbrik edib

Azərbaycan prezidenti Belçika kralını təbrik edib
# 20 iyul 2012 15:50 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Belçikanın milli bayramı – Kralın andiçmə günü münasibətilə Belçikanın Kralı Əlahəzrət II Albertə təbrik məktubu göndərib. APA-nın məlumatına görə, təbrik məktubunda bildirilir:
“Əlahəzrət, Belçikanın milli bayramı – Kralın andiçmə günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-Belçika münasibətləri, dostluq və əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Belçika xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR