“Bakı” “Fənərbaxça” ilə qarşılaşa bilər

“Bakı” “Fənərbaxça” ilə qarşılaşa bilər
# 23 may 2012 08:23 (UTC +04:00)
Bakı – APA. Çempionlar Liqasının son qalibi olan qadın voleybolçular ibarət “Fənərbaxça” komandası “Bakı”ya rəqib olub. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turniri üçün “wild card” ala bilməyən İstanbul təmsilçisi bakılılar kimi CEV kubokunda oynamağa qərar verib.

Artıq ulduz voleybolçuları ilə vidalaşan “sarı-lacivərdlilər”in yarışda yeni heyətlə oynayacağı gözlənilir. “Bakı” və “Fənərbaxça”nın digər rəqibləri isə tezliklə açıqlanacaq.

Qeyd edək ki, Avropa Voleybol Konfederasiyası (CEV) “wild card” “Fənərbaxça”ya deyil, “Qalatasaray”a verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR