Milli Məclisdə "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə qanun qəbul edib

Milli Məclisdə "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə qanun qəbul edib
# 14 fevral 2012 13:24 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Milli Məclisin (MM) bu gün keçirilən iclasında “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə qanun layihəsi səsverməyə çıxarılıb.

APA-nın xəbərinə görə, layihə barədə MM-in Regional siyasət komitəsinin sədri Arif Rəhimzadə məlumat verib. O bildirib ki, bir müddət əvvəl Goranboy rayonunun Cinli-Borsunlu kəndinin adı dəyişdirilərək Borsunlu olub: “Çünki “Cinli” sözü camaatı əsəbiləşdirirdi. İndi bu dəyişiklik bələdiyyələrlə bağlı müvafiq qanunvericilikdə də əksini tapmalıdır”.

Təklif səsə qoyularaq qəbul olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR