Siyəzəndə yeni poliklinika istifadəyə verilib - FOTO

Siyəzəndə yeni poliklinika istifadəyə verilib - <font color=red>FOTO</font>
# 14 iyun 2012 13:50 (UTC +04:00)
Siyəzən. Vəli Turan - APA. Bu gün Siyəzən rayonunda yeni poliklinikanın açılışı olub. APA-nın şimal bürosunun verdiyi məlumata görə, açılış mərasimində səhiyyə naziri Oqtay Şirəliyev, Siyəzən rayon İcra Hakimiyyətinin rəsmiləri və rayon sakinləri iştirak edib. İki mərtəbəli səhiyyə ocağı 40 otaqdan ibarətdir. Poliklinikada iki terapiya, cərrahiyyə, rentgen, laboratoriya şöbələri fəaliyyət göstərir. Burada oftalmoloq, nevroloji, ginekoloji, fizioterapiya, stomatoloji, kardioloji, revmatoloji, ultrasəs, LOR, travmatoloji, yoluxucu xəstəliklər, profilaktik müayinə və herontoloji kabinetləri var. Bina müasir istilik sistemi ilə təchiz olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR