ARDNŞ Monteneqroda kurort icarəyə götürür

ARDNŞ Monteneqroda kurort icarəyə götürür
# 06 iyul 2012 10:03 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA-Economics. Monteneqro hökuməti Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Kumbordakı “Orijen Battalion” kazarmalarının uzunmüddətli icarəsi haqqında müqavilə bağlayacaq.

APA-Economics”in Çernoqoriya hökumətinin saytına istinadən xəbərinə görə, 90 il müddətinə bağlanmış müqavilə kazarmaların turizm kurortuna çevrilməsini nəzərdə tutur.

Sazişin şərtlərinə əsasən, Azərbaycan tərəfi kurortun inkişafı üçün icarənin ilk 4 ilində 52 mln. avro, ilk 8 ilində isə 258 mln. avro sərmayə qoymağı öhdəsinə götürüb.

45 illik icarə haqqı əvvəlcədən ödəniləcək. İcarə haqqı ərazinin 1 kv. metri üçün 1 avro və gəlirin 5%-i olaraq hesablanacaq.

Kurortun inkişafı üçün yekun investisiya planı ərazinin öyrənilməsi haqqında sənədin qəbulundan sonra təsdiqlənəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR