Partlayış nəticəsində yararsız vəziyyətə düşən Masallı ATS-nin yeni binasının inşası başa çatıb

Partlayış nəticəsində yararsız vəziyyətə düşən Masallı ATS-nin yeni binasının inşası başa çatıb
# 08 avqust 2012 12:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Masallı rayonunda telekommunikasiya qovşağının yeni binasının tikintisi tam başa çatdırılıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hazırda texniki sahədə bəzi tamamlanma işləri aparılır. Yeni binada müasir texnikası olan NGN əsasında qurulan ATS əhaliyə mükəmməl rabitə xidməti ilə yanaşı, bütün multimedia xidmətlərindən istifadə imkanı verəcək.

Qeyd edək ki, Masallı ATS-nin yerləşdiyi binada ötən ilin fevral ayında partlayış baş verdiyindən istifadəyə yararsız vəziyyətdə olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR