Bakı-Böyük Kəsik dəmir yolunun daha bir hissəsində təmir başlanıb

Bakı-Böyük Kəsik dəmir yolunun daha bir hissəsində təmir başlanıb
# 08 avqust 2012 12:21 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-ECONOMICS. «Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı»nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.

«Azərbaycan Dəmir Yolları» QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun «APA-ECONOMICS»ə verdiyi məlumata görə, bu gün Dəliməmmədli-Zazalı mənzilində daha 2256 metr yolun əsaslı təmirinə başlanılıb. Səhər saatlarında işə start verilib və artıq 600 metr köhnə yol sökülüb. Təmir işləri iki gün davam edəcək.

Qeyd edək ki, bu günə kimi 104 km yol əsaslı təmir olunub. Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 2011-ci il iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı istiqamətində əsaslı təmir işləri tərtib olunmuş ardıcıllıqla aparılır.

Əsaslı təmir işlərinə «Azərbaycan Dəmir Yolları» QSC «Dəmiryolservis» MMC-nin 4 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi və İnfrastruktur Departamentinin müvafiq qurumları cəlb olunub. Yolların əsaslı təmiri prosesini Çexiya «Eximbank»ın nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR