Can Bonomo Bakı səhnəsində ikinci məşqini edib

Can Bonomo Bakı səhnəsində ikinci məşqini edib
# 19 may 2012 13:10 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Türkiyənin «Eurovision -2012» mahnı müsabiqəsi təmsilçisi Can Bonomo "Baku Crystal Hall" səhnəsində ikinci məşqini edib. APA-nın eurovision.az saytına istinadən yaydığı xəbərə görə, Can Bakı şousunun onun üçün fərqli məna daşıdığını, burada diqqət və qayğı ilə əhatə olunduğunu bildirib. Hələlik “Eurovision” səhnəsindəki hazırlıqları ilə məşğul olan müğənni Bakını doyunca gəzə bilmədiyini deyib. Amma o, şəhərə mütləq gəzməyə çıxacağını deyib. Can nənəsinə gözəl bir Azərbaycan xalçası alacağına söz verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR