Natalya Məmmədova Rusiya klubu ilə 1 illik müqavilə bağladı

Natalya Məmmədova Rusiya klubu ilə 1 illik müqavilə bağladı
# 31 may 2012 08:15 (UTC +04:00)
Bakı – APA. “Rabitə”nin sabiq kapitanı Natalya Məmmədova karyerasını Rusiya çempionatında mübarizə aparan “Omiçka” klubunda davam etdirəcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının da şərəfini qoruyan 28 yaşlı hücumçu Sibir təmsilçisi ilə rəsmi müqaviləyə imza atıb. O, qarşıdakı 1 mövsümdə “Omiçka”nın şərəfini qoruyacaq.

Məmmədova bunadək Rusiya Super Liqasında – 2002/2003 mövsümündə “Zareçye Odintsova”, 2009/2010 mövsümündə isə Krasnodar “Dinamo”sunda oynayıb.

Qeyd edək ki, 2 il öncə məhz Krasnodar təmsilçisindən “Rabitə”yə keçən Natalya Çempionlar Liqasında 47 xalla rekordçudur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR