Böyük Britaniyada İranın maraqlarını Oman, İranda isə Böyük Britaniyanın maraqlarını İsveç təmsil edəcək
28 iyun 2012 13:53 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Böyük Britaniyada İranın maraqlarını Oman, İranda isə Böyük Britaniyanın maraqlarını İsveç təmsil edəcək”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi deyib. O bildirib ki, belə bir razılaşma iki ölkənin xarici işlər nazirləri arasında Əfqanıstanda keçirilən görüşdə əldə olunub: “Həmin görüşdə vətəndaşlarımızın konsulluq xidmətindən daha asan yararlanmaları mövzusunda fikir mübadiləsi apardıq”.
Ə. Salehi əlavə edib ki, Qazaxıstan İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələrinə ev sahibliyi etməyə hazırdır.
Ə. Salehi əlavə edib ki, Qazaxıstan İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələrinə ev sahibliyi etməyə hazırdır.