Qətərin əmiri Qəzzaya rəsmi səfərlə gəlib

Qətərin əmiri Qəzzaya rəsmi səfərlə gəlib
# 23 oktyabr 2012 20:41 (UTC +04:00)
Bakı-APA. Qətər əmiri Həmad bin-Xəlifə əl Tani Qəzzaya rəsmi səfərə gedib.

APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, bu HƏMAS-ın hakimiyyətə gəlməsindən sonra dövlət başçısının Qəzzaya ilk səfəridir.

Səfərin rəsmi məqsədi Qəzza infrastrukturun yenidən qurulmasına dair layihələrə başlanmasıdır. Qətər bu layihəyə 254 milyon dollar ayırıb. Fələstin muxtariyyətinin rəhbərliyi bu səfərə qarşı çıxıb. “Fatx” hərəkənin fikrincə, səfərin baş tutması Qəzzanın de-fakto müstəqil ərazi vahidi olduğu anlamına gəlir. “Fətx” bildirib ki, əmirin səfəri Fələstində parçalanmanı gücləndirəcək və o, fələstinliləri səfəri boykot etməyə çağırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR