Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı bəyanat verib

Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı bəyanat verib
# 06 oktyabr 2012 16:20 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı bəyanat verib. Beynəlxalq Nizami Gəncəvi Mərkəzindən APA-ya verilən məlumata görə, bəyanatda N. Gəncəvinin həyat və yaradıcılığına, dünya ədəbiyyatına verdiyi töhfəyə diqqət yönəldilib: “Nizami Gəncəvi Azərbaycanın Gəncə şəhərində doğulub, boya-başa çatıb, bir elm, sənət, musiqi və ədəbiyyat xadimi olub. Astronomiya, hüquq, riyaziyyat elmləri üzrə yüksək səviyyəli təhsil alıb. Nizami Gəncəvi əsrlər içərisində unudulmayıb, nəsillər boyunca diqqətdə olan elm adamı kimi yada salınıb. Bu gün də onun irsi unudulmayıb və gənc nəsillər tərəfindən öyrənilməkdədir”.

Bəyanatda o da qeyd olunub ki, N. Gəncəvi sülhü, qarşılıqlı sevgi və qardaşlığı qorumağa xidmət edib: “Nizami Gəncəvi bu gün təkcə Azərbaycanda deyil, dünyanın bir çox yerlərində öyrənilməkdədir. O, türk dünyasının mədəniyyətini formalaşdırılmasında xidmətləri olmuş böyük şəxsiyyətlərdəndir. Nizami Gəncəvi milyonların qəlbində yaşamağa davam edəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR