İsrail təyyarələri Sudanı bombalayıblar

İsrail təyyarələri Sudanı bombalayıblar
# 24 oktyabr 2012 17:59 (UTC +04:00)
Bakı-APA. Sudan informasiya naziri Əhməd Bilal, paytaxt Xartumun cənubunda, Yermuk hərbi sursat fabrikində baş vermiş şiddətli partlayışa görə İsrail rəhbərliyinin məsuliyyət daşıdığını bildirib.

Ə.Bilal partlayışın İsrail ordusuna məxsus təyyarələrin bombardmanı nəticəsində baş verdiyini bəyan edib.

«Biz İsrailə cavab vermək gücündəyik. Güclənən Sudan İsraili narahat edir», deyə nazir bildirib.

Yermuk hərbi sursat fabrikində təyyarə və tank əleyhinə silahlar istehsal edilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR