Bakıda “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Bakıda “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib
# 26 aprel 2012 09:46 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi və Dövlət Sularda Xilasetmə Xidməti Bakı şəhəri, Qaradağ Rayon İcra Hakimiyyətində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda maarifləndirmə tədbiri keçirib. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, tədbirdə “Su hövzələrində əhalinin təhlükəsizliyinin təmin olunmasında FHN Bakı Regional Mərkəzinin aidiyyəti qurumlarla birgə fəaliyyəti”, “Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları”, “Dövlət Sularda Xilasetmə Xidmətinin fəaliyyət istiqamətləri, yay çimərlik mövsümündə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları”, “Yay mövsümü ərzində əhalinin mənalı istirahətinin təşkili məqsədilə çimərlik sahələrində görülən işlər”, “Çimərlik dəniz suyunun təmizlik vəziyyəti”, “Çimərliklərdə ictimai asayişin qorunmasının təşkil olunması və vəziyyəti” mövzularında məlumatlar verilib. FHN-nin fəaliyyət istiqamətləri, onun qurumları haqqında sənədli film və Dövlət Sularda Xilasetmə Xidmətinin videoçarxı nümayiş etdirilib.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin, müvafiq rayon təşkilatlarının, təhsil müəssisələrinin nümayəndələri və çimərliklərin fəaliyyətinə məsul olan şəxslər iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR