Almaniya Bundestaqının üzvü: “Ermənistan Ramil Səfərovun Azərbaycana qaytarılmasının qanuniliyini tanımalıdır”
07 sentyabr 2012 10:31 (UTC +04:00)
Bakı – APA. Almaniya Bundestaqının deputatı, Xristian Demokrat Partiyasının üzvü Olav Gutting Ramil Səfərovun Azərbaycana qaytarılması ilə əlaqədar Ermənistanın mövqeyinə etirazını bildirib.
Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, O. Gutting bildirib ki, ekstradisiyanın Avropa hüquq müstəvisində qanuniliyinə heç bir şübhə yoxdur: “Odur ki, Ermənistan hökumətini, eləcə də erməni diasporunu tərəfdaşımız olan Macarıstana qarşı tənqid tonunu azaltmağa səsləyirik. Ermənistan tərəfinin Macarıstanın, beynəlxalq hüququ pozmasına dair iddialarının, sadəcə yanlış və səbatsız olduğu sübut oluna bilər.
Macarıstan səfirlikləri qarşısında nümayişlərə çağırış növbəti iğtişaşlara təhrik edəcək ki, bu da nə etibarın artırılmasına, nə də Ramil Səfərovun Azərbaycana ekstradisiyasının obyektiv qiymətləndirilməsinə nail olmaq üçün əlverişli yoldur.
1992-ci ilin fevralında yüzlərlə azərbaycanlının ermənilər tərəfindən qətlə yetirildiyi Xocalıda törədilən qırğından əvvəl azərbaycanlıların ermənilərin dinc əhaliyə ziyan vurmağa qadir olduğuna inanmadığını deyən hazırkı Ermənistan prezidenti Serj Sarkisyanın səsləndirdiyi bu kimi bəyanatlar Cənubi Qafqazda sülhə nail olmağa əngəl törədir.
Odu daha da alovlandırmaq əvəzinə, Ermənistan bu ekstradisiyanın qanuniliyini tanımalı və danışıqlar masasına yenidən qayıtmalıdır”.

Xarici siyasət
Emoməli Rəhmon Şəhidlər xiyabanını ziyarət edib
19:44
22 may 2024
Tacikistan Prezidenti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib
19:21
22 may 2024
Hakan Fidan: Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalansa, bu, bütün regiona müsbət təsir göstərəcək
19:08
22 may 2024
Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana dövlət səfərinə gəlib
18:51
22 may 2024