Nazir müavini: “Zəlzələ bölgəsində əhaliyə lazım olan ilk yardım göstərilib”

Nazir müavini: “Zəlzələ bölgəsində əhaliyə lazım olan ilk yardım göstərilib”
# 10 may 2012 13:41 (UTC +04:00)
Bunu APA-nın Şəki-Zaqatala bürosuna açıqlamasında fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev deyib. Nazir müavininin sözlərinə görə, Azərbaycan prezidentinin tapşırığı ilə zəlzələ bölgəsinə ərzaq məhsulları gətirilib: “Ərzaq məhsulları artıq komplektləşdirilib, bütün ərazi boyu zərərçəkmiş insanlara paylanacaq. Bölgədə bizim psixiatrlar da fəaliyyət göstərirlər”.

O. Hacıyev əlavə edib ki, əhaliyə lazım olan ilk yardım göstərilib: “Əhaliyə tibbi və digər lazımi yardımlar edilib. Ərazidə 13 briqada işləyir. Mütəxəssislərdən ibarət komissiya zəlzələdən zərər çəkən evləri müəyyənləşdirməkdə davam edir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR