İranın Quru Qoşunları hərbi təlimlərə başlayıb

İranın Quru Qoşunları hərbi təlimlərə başlayıb
# 14 may 2012 09:25 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran Quru Qoşunlarının xüsusi dəstələrinin iştirakı ilə İranın şərqindəki Cənub Xorasan əyalətində bu gün hərbi təlimlərə başlanılıb.
APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bu barədə İran Quru Qoşunlarının əməliyyat komandanı, general-mayor Qulaməli Qulamalian açıqlama verib.
O bildirib ki, “Cəfəri Təyyar” adı verilən təlimlər üç gün çəkəcək. O, təlimlərin İranın bölgədəki hərbi qüvvələrinin müdafiə gücünü artırmaq məqsədi daşıdığını vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR