Saatlı sakini traktorun altına yıxılaraq ölüb

Saatlı sakini traktorun altına yıxılaraq ölüb
# 23 iyun 2012 14:09 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Saatlı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Gömüşçü kəndi ərazisində, kənd sakini Arif Əliyevin idarə etdiyi «MTZ-80» markalı traktorun qoşqusunda sərnişin qismində gedən Bədir Əhmədov qoşqunun altına yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR