Azərbaycan Milli Məclisinin sədri Səudiyyə Ərəbistanı parlamentinin sədri ilə görüşüb

Azərbaycan Milli Məclisinin sədri Səudiyyə Ərəbistanı parlamentinin sədri ilə görüşüb
# 07 may 2012 07:55 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı parlamentinin sədri Abdulla əl-Aşeyxlə görüşüb. APA-nın xəbərinə görə, tərəflər parlamentlərarası əlaqələrin və ikitərəfli münasibətlərin inkişafı məsələlərini müzakirə ediblər. O. Əsədov Səudiyyə Ərəbistanının Azərbaycan üçün önəmli bir ölkə olduğunu vurğulayıb: “Biz bütün mümkün olan sahələrdə əlaqələrin inkişafında maraqlıyıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR