BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi 43% azalıb

BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi 43% azalıb
# 06 mart 2012 14:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Fevral ayında Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən 42 ticarət sessiyasında 34 alqı-satqı əqdi qeydə alınıb. Ümumilikdə, bu əməliyyatlarda 9 bank təşkilatı iştirak edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında valyuta bölməsində keçirilən elektron əməliyyatlarının həcmi 37,171 mln. manat və ya dollar ekvivalentində 47,300 mln. təşkil edib ki, bu da 2011-ci ilin fevral ayı ilə müqayisədə 72,880 mln. manat və ya 3 dəfə, cari ilin yanvar ayına nisbətən isə 27,649 mln. manat və ya 42,6% azdır.

Hesabat ayında həmçinin Birja Elektron Ticarət Sistemində (BEST) USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 2,252 mln. dollara çatıb, halbuki hər əqdin orta həcmi 1,391 mln. dollar təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR