Səhiyyə Nazirliyi mağazalarda satılan süd və süd məhsullarını yoxlayacaq

Səhiyyə Nazirliyi mağazalarda satılan süd və süd məhsullarını yoxlayacaq
# 27 iyul 2012 10:01 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində ərzaq mağazalarında satışda olan süd və süd məhsullarının monitorinqini aparacaq. Bu barədə APA-ya mərkəzin Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib. O bildirib ki, yoxlamalara avqust ayının 1-dən başlanacaq. İ. Adbullayev deyib ki, monitorinq zamanı məhsulların təhlükəsizlik göstəriciləri yoxlanılacaq. Analizlərin aparılması üçün həmin məhsullardan 100-dək nümunə götürüləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR