Bakı-Şamaxı-Yevlax avtomagistralında sürüşmə baş verməsi ilə əlaqədar Nazirlər Kabinetində müşavirə keçirilib

Bakı-Şamaxı-Yevlax avtomagistralında sürüşmə baş verməsi ilə əlaqədar Nazirlər Kabinetində müşavirə keçirilib
# 28 mart 2012 08:42 (UTC +04:00)
Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev bildirib. Onun sözlərinə görə, martın 27-də keçirilən iclasda sürüşmə ilə əlaqədar lazımi tədbirlər görülməsi üçün aidiyyəti təşkilatlara tapşırıqlar verilib.

Ş. Niftiyev deyib ki, həmin ərazidə olan sürüşmə sahələrində mühəndis-geoloji tədqiqatların aparılması, tədqiqat müddətində ərazidə tikinti işlərinin, texnogen fəaliyyətin dayandırılması, Bakı-Şamaxı-Yevlax avtomagistralının Ağsu aşırımı istiqamətində hərəkətin tam məhdudlaşdırılması barədə təkliflər qəbul edilib.

Baş mühəndisin sözlərinə görə, müşavirədə yolun hərəkət istiqamətinin bərpa edilməsi üçün bərpaedici tədbirlərin görülməsi tapşırığı da verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR