Vitali İqnatenko: “20 il ərzində Azərbaycan-Rusiya münasibətlərində çox iş görülüb” - FOTO

Vitali İqnatenko: “20 il ərzində Azərbaycan-Rusiya münasibətlərində çox iş görülüb” - <font color=red>FOTO</font>
# 07 aprel 2012 08:08 (UTC +04:00)
Moskva. Fərid Əkbərov - APA. “Azərbaycan və Rusiya arasında diplomatik münasibətlər qurulmasından ötən 20 il hər iki ölkə üçün məhsuldar olub”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu “İTAR-TASS” agentliyinin baş direktoru Vitali İqnatenko deyib.

Onun sözlərinə görə, 20 il ərzində iki ölkənin münasibətlərində həm diplomatik yolla, həm dövlət, həm də vətəndaş cəmiyyəti yolu ilə çox iş görülüb: “Hesab edirəm ki, biz bir-birimizə çox yaxınlaşmışıq və bir-birimizi daha yaxşı başa düşürük. Mənə elə gəlir ki, Azərbaycanın Rusiyadakı səfirliyində bu günün bayram kimi qeyd edilməsi prezident İlham Əliyev və onun komandasının fəaliyyətidir. İki ölkə arasında olan münasibətlərin göstəricisi kimi bugünkü mərasimə qatılanlara fikir vermək olar. Bu gün Azərbaycanın Rusiyadakı səfirliyinə Moskvanın qaymaqları toplaşıb”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR