İrandan Avropaya neft idxalının dayandırılması haqda hazırlanmış qanun layihəsinin detalları açıqlanıb

İrandan Avropaya neft idxalının dayandırılması haqda hazırlanmış qanun layihəsinin detalları açıqlanıb
# 08 fevral 2012 20:32 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran parlamentinin Avropaya neft idxalının dayandırılması barədə hazırladığı qanun layihəsinin detalları açıqlanıb. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, 5 maddədən ibarət olan qanun layihəsini indiyədək 150 millət vəkili imzalayıb. Qanun layihəsində hökumətə Avropaya neft idxalını dərhal dayandırmaqla yanaşı, Avropa Birliyinin rəsmilərinin İrana səfər etmələrinə və bu quruma üzv ölkələrdən hər cür idxalın həyata keçirilməsinə qadağa qoymağa səlahiyyəti verilir. Eyni zamanda qanun layihəsində hökumətə neftin başqa ölkələrə satışı və xam nefti neft məhsullarına çevirmək üçün lazım olan tədbirləri görməsi tövsiyə olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR