Rusiya XİN: Qərb dövlətləri Suriya müxalifətini silahlı mübarizəyə təhrik edir

Rusiya XİN: Qərb dövlətləri Suriya müxalifətini silahlı mübarizəyə təhrik edir
# 22 avqust 2012 16:05 (UTC +04:00)
APA-nın Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, belə metodlarla böhranı nizama salmaq mümkün olmayacaq.

«Bizim qərb partnyorlarımız indiyə qədər müxalifətə hökumətlə dialoqa getmək üçün heç bir təsir göstərmədilər. Bunun yerinə, onları açıq şəkildə silahlı mübarizəni davam etdirməyə təhrik edirlər. Aydındır ki, belə metodlarla böhranın siyasi həllinə nail olmaq mümkün deyil», - deyə açıqlamada bildirilir.

Nazirlikdən vurğulanıb ki, Suriya üzrə Fəaliyyət Qrupunun Cenevrədə qəbul edilmiş yekun rəsmi sənədində bu qrupun bütün üzvləri Suriya hökuməti və müxalifətlə işləməyi, milli barışıq prosesini sürətləndirməyi öhdəlik kimi qəbul edib. Sənəddə deyilir ki, bu həftə Rusiya tərəfi Cenevrədə ifadə edilmiş prinsipləri rəhbər tutaraq, Nyu-Yorkda “Fəaliyyət Qrupu” tərəfindən Suriya hökumətinə və müxalifətin bütün qruplarına qısa müddətə döyüş əməliyyatlarını dayandırmaq, nümayəndələr təyin etmək və dialoqa başlamaq çağırışı edən bəyanat qəbul olunmasını təklif edib: «Amma bizim qərb tərəfdaşlarımız bu cür bəyanatın qəbul edə biləcəyi ehtimalını müzakirə etmək arzularını belə bildirməyiblər»

Xarici İşlər Nazirliyi xatırladıb ki, Rusiya öz öhdəliklərini vicdanla yerinə yetirir. Suriya hökuməti və müxalifəti ilə zorakılığın dayandırılması, böhranın nizama salınması istiqamətində işi davam etdirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR