Azərbaycanda baş verən kütləvi davada bir nəfər ağır yaralanıb

Azərbaycanda baş verən kütləvi davada bir nəfər ağır yaralanıb
# 26 fevral 2012 15:38 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Azərbaycanın Zaqatala rayonunda bir qrup şəxs arasında baş vermiş davada bir nəfər ağır bıçaq xəsarətləri alıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Məlumata görə, bu gün rayonun Aşağı Tala kəndi ərazisində bir qrup şəxs arasında dava düşüb. Dava nəticəsində rayonun Aşağı Tala kənd sakini, 1989-cu il təvəllüdlü Əzizov Tural Musabəy oğlu kəsilmiş və cırılmış yara diaqnozu ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. İlkin araşdırmaya görə, T. Əzizov adları hələ ki istintaqa məlum olmayan üç nəfər həmyerlisi ilə dava edib. Hazırda Zaqatala RPŞ-nin əməkdaşları T. Əzizovla dava edən şəxslərin kimliyini müəyyənləşdirir. T. Əzizovun üzərində cərrahiyyə əməliyyatı aparılıb, reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir. Yaralının Bakı şəhərindəki xəstəxanalardan birinə aparılacağı bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR