“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” nizamnamə kapitalını 3,5 dəfə artırıb

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” nizamnamə kapitalını 3,5 dəfə artırıb
# 14 fevral 2012 10:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC nizamnamə kapitalını 3,5 dəfə artıraraq 84,002 mln. manata çatdırıb.

Korporasiyadan «APA-Economics»ə verilən məlumata görə, səhmdarların növbədənkənar ümumi yığıncağında korporasiyanın səhmdarları tərəfindən əlavə 60,001 mln. manat ödəniş hesabına mövcud səhmlərin nominal dəyərinin artırılması qaydasında korporasiya tərəfindən hər birinin nominal dəyəri 17,50 manat məbləğində 4 800 102 ədəd adi, adlı sənədsiz səhmlərin buraxılması qərara alınıb.

Səhmdarların qərarına uyğun olaraq korporasiya tərəfindən buraxılmış səhmlərin dövlət qeydiyyatına alınması üçün müvafiq dövlət orqanına müraciət edilib və nəticədə səhmlər Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınıb. Buraxılmış səhmlərin səhmdarlar arasında yerləşdirilməsi prosesi başa çatdırılıb.

Şirkətdən bildirilib ki, ASC-nın nizamnamə kapitalının 100 mln. ABŞ dollarından artıq həcmə çatdırılması, həmçinin iri həcmli Azərbaycan şirkəti olmaqla beynəlxalq bazarlarda rəqabət və investisiya potensialının gücləndirilməsi və həmçinin dayanaqlı maliyyə durumu üçün möhkəm zəmin yaradır. Hazırda korporasiya Azərbaycanla yanaşı Gürcüstan, Qazaxıstan, Əfqanıstan, Türkiyə, Ukrayna və Özbəkistanda da infrastruktur və biznes layihələrini həyata keçirir. Eyni zamanda, Avropa Birliyi ölkələrində işgüzar əlaqələri gücləndirmək məqsədilə bu yaxınlarda Almaniyanın Frankfurt şəhərində Korporasiyanın nümayəndəliyi də yaradılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR