Azərbaycan Ordusunun kiçik çavuşu özünü güllələyib

Azərbaycan Ordusunun kiçik çavuşu özünü güllələyib
# 13 fevral 2012 13:44 (UTC +04:00)
APA-nın məlumatına görə, hadisə bu gün Müdafiə Nazirliyinin Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb. Milli Ordunun kiçik çavuşu, 1992-ci il təvəllüdlü Kamran Coşqun oğlu Hacıyev tabeliyindəki silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Hadisənin əsgərin silahla ehtiyatsız davranması nəticəsində baş verdiyi bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya açıqlamasında faktı təsdiqləyib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, K. Hacıyev Gəncə Şəhər Hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR