Milli Məclisin növbəti plenar sessiyasının vaxtı açıqlanıb

Milli Məclisin növbəti plenar sessiyasının vaxtı açıqlanıb
# 16 may 2012 14:57 (UTC +04:00)
MM-n mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun APA-ya verdiyi məlumata görə, iclasın gündəliyinə ümumilikdə 14 məsələ salınıb. İclasda “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanun ikinci oxunuşda, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə olunacaq. Bundan başqa “Prokurorluq haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin nümunəvi nizamnaməsi haqqında” və digər qanun layihələrinə dəyişikliklər ediləcək. İclasda bir neçə hökumətlərarası saziş də təsdiqlənəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR