Çin İrana benzin ixracını davam etdirir

Çin İrana benzin ixracını davam etdirir
# 01 mart 2012 02:44 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Hindistanın neft naziri Jaipal Reddy İrana qarşı tətbiq olunmuş sanksiyalara baxmayaraq, bu ölkədən neft idxalını davam etdirəcəklərini bildirib. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, o, ABŞ və Avropa Birliyinin İrana qarşı tətbiq etdiyi birtərəfli sanksiyaları qəbul etmədiklərini və rəsmi Dehlinin Tehranla yaxşı əlaqələrinin olduğunu deyib. Eyni zamanda Jaipal Reddy BMT Təhlükəsizlik Şurasının sanksiyalarına hörmət etdiklərini, ancaq hansısa ölkənin birtərəfli embarqosuna qarşı heç bir öhdəlik götürmədiklərini vurğulayıb. Hindistanın neft naziri həmçinin İranla ticarətin dayandırılması üçün ölkəsinə heç bir xarici təzyiqin olmadığını vurğulayıb.
Yaponiyanın Maliyyə Nazirliyi isə sanksiyalara baxmayaraq, 2012-ci ildə İrandan xam neft idxalında ötən ayla müqayisədə 8% artım qeydə alındığını açıqlayıb. Bu isə gündəlik 345 min barel xam neft artımı deməkdir. Ancaq bu rəqəm 2011-ci ilin yanvar-fevral ayı ilə müqayisədə 12% aşağı göstəricidir. Qeyd edək ki, Yaponiya İrandan xam neft idxal edən ölkələr sırasında üçüncü yerdədir.
Çin də İrana tətbiq olunmuş sanksiyalara baxmayaraq, bu ölkəyə benzin ixracını davam etdirir. Məlumata görə, ABŞ-ın “qara siyahısı”nda olan Çinin “Zhuhai Zhenrong” şirkəti 2012-ci ilin əvvəlindən İrana 350 min ton benzin ixrac edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR