Rusiya və ABŞ raket hücumundan müdafiə məsələsi üzrə razılığa gələ bilmir

Rusiya və ABŞ raket hücumundan müdafiə məsələsi üzrə razılığa gələ bilmir
# 13 aprel 2012 07:44 (UTC +04:00)
Bakı – APA. Rusiya və ABŞ raket hücumundan müdafiə məsələsi üzrə razılığa gələ bilmir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vaşinqtonda ABŞ dövlət katibi Hillari Klintonla keçirdiyi görüşdən sonra bu bəyanatla çıxış edib. Bununla yanaşı, S. Lavrov deyib ki, tərəflər ekspertlər səviyyəsində işi davam etdirmək qərarına gəliblər: “Biz mövqeyimizin tam nəzərə alınmasına çalışacağıq. Biz amerikalı həmkarlarımıza onların planlarında hansı riskləri gördüyümüzü izah etdik və hesab edirik ki, bu sistemin Rusiyaya təhlükə törətməməsi üçün imkanlar araşdırılıb tapılacaq. Bu sistem qlobal miqyasda strateji sabitlik üçün risklər yaratmamalıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR