Angela Merkelin maaşı artırılıb

Angela Merkelin maaşı artırılıb
# 16 may 2012 14:44 (UTC +04:00)
Bakı - APA-Economics. Almaniyada hökumət üzvlərinin maaşı artırılıb. “APA-Economics”in “Spiegel”ə istinadən xəbərinə görə, bu, son 12 ildə alman nazirlərinin ilk maaş artımıdır.

Nazirlərin əməkhaqları bu ilin 1 martından hesablanmaqla 2013-cü ilin avqustuna qədər 3 mərhələdə artırılacaq. Nəticədə hökumət üzvlərinin maaşı indikindən 5,7% çox olacaq.

Almaniya kansleri Angela Merkel yekunda indikindən 930 avro, nazirlər isə 750 avro çox əməkhaqqı alacaq. Hazırda xanım kansler ayda 16 152 avro maaş və xidməti xərclər üçün əlavə olaraq 1022 avro alır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR