Bakı Musiqi Akademiyasında Azərbaycanın xalq artisti Zöhrab Adıgözəlzadə ilə vida mərasimi keçirilib - FOTOSESSİYA

Bakı Musiqi Akademiyasında Azərbaycanın xalq artisti Zöhrab Adıgözəlzadə ilə vida mərasimi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 25 may 2012 12:08 (UTC +04:00)
APA-nın məlumatına görə, mərasimdə Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Nərgiz Paşayeva, mədəniyyət və incəsənət xadimləri, mərhumun yaxınları və tələbələri iştirak ediblər.

Mərasimdə çıxış edən Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli bildirib ki, Z. Adığözəlzadənin vəfatı Azərbaycan mədəniyyəti və incəsənəti üçün böyük itkidir. O Zöhrab Adığözəlzadəni gözəl pedaqoq, gözəl insan, gözəl ailə başçıçı, əsl azərbaycanlı adlandırıb.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin sözlərinə görə, həm Türkiyədə, həm də Azərbaycanda pianoçular nəslinin yetişdirilməsində Z. Adığözəlzadənin böyük rolu olub.

Mərhumun oğlu Murad Adıgözəlzadə jurnalistlərlə söhbət zamanı bildirib ki, Z. Adığözəlzadə Azərbaycan bəstəkarları Qara Qarayev və Fikrət Əmirovun əsərlərinin ilk ifaçısı olub. Atasının Türkiyədə yaşadığı illərdə Azərbaycan üçün çox darıxdığını deyən M. Adığözəlzadə deyib ki, pianoçu yaradıcılığında daha çox Azərbaycan bəstəkarlarına üstünlük verib.

Qeyd edək ki, Zöhrab Adıgözəlzadə 1940-cı il iyulun 3-də Bakı şəhərində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra orada müəllim, dosent, professor kimi fəaliyyət göstərib. Z. Adıgözəlzadə həm də konsert fəaliyyəti ilə məşğul olub, Azərbaycan, rus, Avropa bəstəkarlarının əsərlərini ifa edib. 1990-cı ildən ömrünün sonuna qədər Əskişəhər Anadolu Universitetinin Dövlət Konservatoriyasında kafedra müdiri vəzifəsində çalışıb. Sənətkar milli musiqi mədəniyyəti sahəsindəki xidmətlərinə görə 1967-ci ildə respublikanın əməkdar artisti, 1981-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.

Z. Adıgözəlzadə dünən ömrünün 72-ci ilində vəfat edib. Mərhum bu gün Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR