Azərbaycan prezidenti Masallı Mədəniyyət Evində aparılan yenidənqurma işləri ilə tanış olub

Azərbaycan prezidenti Masallı Mədəniyyət Evində aparılan yenidənqurma işləri ilə tanış olub
# 13 mart 2012 13:47 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev martın 13-də Masallı Mədəniyyət Evində aparılan yenidənqurma işləri ilə tanış olub. APA-nın məlumatına görə, dövlət başçısı mədəniyyət evinin təmirdən əvvəlki vəziyyətini və təmir işlərinin gedişini əks etdirən stendə baxıb.

Bildirilib ki, 1956-cı ildə inşa olunmuş mədəniyyət evi əsaslı şəkildə təmir edilməyib. Rayonun bu əsas mədəniyyət ocağının təmirinə ötən ilin avqustunda başlanıb.

Qeyd edilib ki, 358 yerlik tamaşaçı salonundan və digər yardımçı otaqlardan ibarət üçmərtəbəli mədəniyyət evinin bütün infrastrukturu hazırda tamamilə yenidən qurulur.

Mədəniyyət evində aparılan əsaslı təmir işlərinin gedişi ilə yaxından tanış olan prezident müvafiq tapşırıq və tövsiyələrini verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR