Azərbaycanın ABŞ-dakı səfiri Loyola Universitetində çıxış edib - FOTOSESSİYA

Azərbaycanın ABŞ-dakı səfiri Loyola Universitetində çıxış edib - <font color=red>FOTOSESSİYA</font>
# 29 oktyabr 2012 07:08 (UTC +04:00)
Azərbaycanın ABŞ-dakı səfirliyindənAPA-ya verilən məlumata görə, Birləşmiş Ştatların aparıcı universitetlərindən olan və əsası 1870-ci ildə qoyulan Loyola Universitetindəki geniş auditoriya qarşısında çıxışında səfir Elin Süleymanov ölkələr arasındakı əməkdaşlığın hazırkı durumu barədə məlumat verib və ikitərəfli strateji münasibətlərin hər iki dövlətin maraqlarına uyğun olduğunu bildirib.

Diplomat xüsusilə hazırda kifayət qədər aktual olan terrorçuluğa qarşı mübarizədə Azərbaycanın ABŞ-la çiyin-çiyinə çalışdığını qeyd edib. O, Azərbaycanın tolerant və açıq cəmiyyət olduğunu, eləcə də mədəniyyətlərarası və dinlərarası dialoq üçün nümunəvi məkan rolu oynadığını bildirərək, dini müxtəlifliyin cəmiyyətimizə xüsusi rəng qatdığını, Azərbaycanda üstünlük təşkil edən dünyəvi dinlərin nümayəndələri, yəhudi, pravoslav və katolik icmalarının üzvlərinə hər cür şərait yaradıldığını bildirib.

E.Süleymanov enerji sahəsində əməkdaşlıq haqqında danışaraq, regionda həyata keçirilən enerji layihələri barədə auditoriya iştirakçılarını məlumatlandırıb. Diplomat Klinton və Buş administrasiyalarının davamlı dəstək göstərdiyi Bakı-Tiflis-Ceyhan neft kəmərinin inşasını misal gətirərək, hazırda gündəmdə olan layihələrin uğurla həyata keçirilməsi üçün ABŞ administrasiyası tərəfindən siyasi dəstəyin ifadə edilməsinin vacibliyini vurğulayıb. Bu xüsusda o, dövlət katibi Hillari Klintonun Corctaun Universitetindəki çıxışı zamanı ABŞ hökumətinin “Cənub dəhlizi” layihəsinə dəstəyini ifadə etməsinin təqdirəlayiq hal olduğunu söyləyib.
Tədbirin təşkilatçılarından biri Loyola Universitetində hüquq ixtisası üzrə magistr dərəcəsi alan Mehriban Məmmədova olub. O, Azərbaycanla bağlı silsilə tədbirlərin təşkilində fəal iştirak edir.

Qeyd edək ki, səfər çərçivəsində səfirliyin nümayəndələri həmçinin Amerika Yəhudi Komitəsinin Çikaqo ofisinin rəhbərliyi ilə görüşüb, regionda hazırkı durum, Yaxın Şərqdə baş verən proseslərin sonrakı inkişafı və mümkün nəticələri, eləcə də Azərbaycanın ABŞ və İsraillə əməkdaşlığı, Azərbaycan və yəhudi xalqları arasında ənənəvi dostluq münasibətləri barəsində ətraflı fikir mübadiləsi aparıblar.

Səfirlik nümayəndələri eyni zamanda Azərbaycan və türk icması üzvləri ilə görüşərək, ölkəmizin təbliği istiqamətində müxtəlif tədbirlərin təşkili barəsində müzakirələr aparıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR