Marneulidə “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynovdan bəhs edən “Xüsusi təyinatlı” kitabın təqdimatı keçirilib

Marneulidə “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynovdan bəhs edən “Xüsusi təyinatlı” kitabın təqdimatı keçirilib
# 09 aprel 2012 22:09 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərinin mərkəzində fəaliyyət göstərən “AtaHoldinq” İdman sarayında Sahib Şirinovun Qarabağ müharibəsində erməni işğalçılarına qarşı misilsiz qəhrəmanlıq göstərən mahir kəşfiyyatçı, “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynovdan bəhs edən “Xüsusi təyinatlı” kitabının təqdimat mərasimi keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin rəhbəri Qənirə Paşayeva soydaşlarımıza İbad Hüseynovun Qarabağ və Xocavənd istiqamətində gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlarından ətraflı söhbət açıb. “Əgər bizim qəhrəman oğullarımız olmasaydı, çoxlu sayda şəhidlərimiz olmasaydı, daha böyük torpaqlarımız faciələr yaşaya bilərdi. O qəhrəman oğulların, bu şəhidlərin canı-qanı, sağlamlıqları bahasına o qazilərin vətənpərvərlikləri idi ki, daha çox torpaqlarımız işğal altına düşmədi. Belə oğullardan biri İbad Hüseynovdur. Biz bir təşkilat olaraq “Dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar arasında tariximizi, mədəniyyətimizi tanıyaq və tanıdaq” adlı layihə həyata keçirəcəyik. Bi vacib və əhəmiyyətli layihədə Azərbaycanlıların Mədəniyyət Mərkəzi də (AMM) bizə kömək edəcək. İbad kimi oğullarımızın keçdiyi döyüş yolu müasir gəncliyə örnəkdir. İbad heç zaman geri çəkilməyib. O, dünyanı “Asala” terror təşkilatının üzvü Monte Melkonyan kimi terrorçudan qurtarıb. Bu cəllad dünyanın bir çox ölkələrində türk insanına qarşı olmaz terror hadisələri törədib və Qarabağ müharibəsində terrorla məşğul olub. Ona Ermənistanda heykəllər qoyulub. Qarabağda döyüşən igid kəşfiyyatçımız İbad Hüseynov onu üzbəüz məhv edərək dünyanı terrordan qurtarıb. İ.Hüseynovun qəhrəmanlıqlarının sayı-hesabı yoxdur. Milli liderimiz hələ sağlığında onun bu qəhrəmanlığını yüksək səviyyədə qiymətləndirmişdi. O, ölümdən dönən bir insan olub. Dəfələrlə yaralanıb və mübarizə əzmi onu sıralarımıza qayıdıb. Onun qəhrəmanlığı Gürcüstanda yaşayan soydaşlarımıza da örnəkdir. O, təkcə Azərbaycan deyil, türk insanı qarşısında xidmət göstərib. Onun haqqında yazılan kitabın təqdimatı Türkiyədə də keçiriləcək. İbad Hüseynov vətən üçün nə lazımdırsa onu edib”.

Tədbirdə eyni zamanda jurnalist Etibar Məmmədovun ssenarisi əsasında çəkilən və İbad Hüseynovun qəhrəmanlığından bəhs edən “Xüsusi təyinatlı” adlı film də nümayiş olunub.

Tədbirdə Azərbaycanın Mülli Məclis üzvü Etibar Hüseynov, Marneuli icra hakimiyyətinin rəsmiləri, ziyalılar, QHT üzvləri, ziyalılar, jurnalistlər iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR