Çexiyada Nizami Gəncəvinin poemalarının qədim nüsxələri tapılıb

Çexiyada Nizami Gəncəvinin poemalarının qədim nüsxələri tapılıb
# 01 oktyabr 2012 14:42 (UTC +04:00)
İnstitutun direktor əvəzi Paşa Kərimovun APA-ya verdiyi məlumata görə, kitabxanada fars dilində olan 150 əlyazmadan 20-nin Azərbaycan müəlliflərinin əsərləri olduğu aşkarlanıb: “Kitabxanadakı Azərbaycan əlyazmaları arasında Nizami Gəncəvinin “Xəmsə”sinin ayrı-ayrı poemaları xüsusi yer tutur. Həmin əlyazmalardan 3-ü “Xəmsə”, digərləri isə “Xosrov və Şirin”, “Yeddi gözəl” və “İsgəndərnamə” poemalarının əlyazmalarıdır. Nizami əlyazmalarının ən qədimi “Xəmsə”nin 4-cü poeması olan “Yeddi gözəl”in 1389-cu ildə köçürülmüş əlyazmasıdır. “İsgəndərnamə”nin bir əlyazması da XIV yüzilliyə aiddir. “Xəmsə”nin bir əlyazması isə bədii tərtibatı ilə diqqəti cəlb edir. 1672-ci ildə köçürülən bu əlyazmaya 62 rəngli miniatür çəkilib. “Xəmsə”nin burada saxlanılan ən qədim əlyazması isə 16-cı əsrə aiddir. Çexiyada Azərbaycan klassiklərindən Xaqani Şirvani, Şah Qasim Ənvar və Saib Təbrizinin əlyazmalarını da saxlanılır”.

P. Kərimov deyib ki, Kitabxanadakı türkcə əlyazmaların sayı 300-dən çoxdur: “Burada İmadəddin Nəsimi və Məhəməd Füzulinin “Divan”larının XVII-XVIII əsrə aid nüsxələri də saxlanılır. Şərqşünaslıq İnstitutunun kitabxanalarında isə 200-ə yaxın Şərq əlyazması var. Onların arasında Nizami Gəncəvinin “Xəmsə”si və Qövsi Təbrizinin “Divan”ı xüsusilə əhəmiyyətlidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR