Baş nazir: “İspaniya Avropa Birliyindən maddi yardım istəməyəcək”

Baş nazir: “İspaniya Avropa Birliyindən maddi yardım istəməyəcək”
# 21 may 2012 09:15 (UTC +04:00)
Bakı - APA-Economics. İspaniya hökuməti iqtisadi böhrandan çıxmaq və bank sektorunu sabitləşdirmək üçün Avropa Birliyindən (AB) maddi yardım istəmək fikrində deyil. “APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında İspaniyanın baş naziri Mariano Rahoy bildirib.

Onun sözlərinə görə, AB-dən yardım istəməyi mənasız sayır: “Uzun sürən danışıqlardan sonra muxtar qurumlarla büdcə kəsirinin ixtisarı üzrə böyük razılaşma əldə edə bildik. Bu isə bizdə düzgün yolda olduğumuz barədə inam yaradır”.

Fransa prezidenti Fransua Ollandın “İspaniya ölkə banklarının təkrar kapitallaşması üçün Avropa maliyyə qurumlarından kömək istəməlidir” tövsiyəsinə baş nazir belə münasibət bildirib: “Fransua Ollandın bu bəyanatının səbəbini bilmirəm. Bəlkə o, İspaniya bank sektorunun vəziyyəti haqqında bizim hökumətdən daha çox məlumatlıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR