ABŞ və Böyük Britaniya liderləri Vaşinqtonda danışıqlar aparacaq

ABŞ və Böyük Britaniya liderləri Vaşinqtonda danışıqlar aparacaq
# 14 mart 2012 03:15 (UTC +04:00)
Bakı-APA. Böyük Britaniyanın baş naziri Devid Kameron və ABŞ prezidenti Barak Obama Vaşinqtonda danışıqlar aparacaqlar.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, danışıqların əsas mövzusu beynəlxalq təhlükəsizlik, Əfqanıstanda vəziyyət, İranın nüvə proqramı və sair məsələlər olacaq.
Vaşinqtondakı görüşün Çikaqoda keçiriləcək NATO sammitinin bir mərhələsi olduğu bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR