Məşhur almaniyalı futbolçu Azərbaycana gəlib

Məşhur almaniyalı futbolçu Azərbaycana gəlib
# 06 iyul 2012 09:50 (UTC +04:00)
Bakı – APA. Almaniya millisinin sabiq futbolçusu Ditmar Hamann Azərbaycana gəlib. Apasport.az saytının məlumatına görə, keçmiş yarımmüdafiəçi ilə bu gün AFFA-nın baş katibi Elxan Məmmədov arasında görüş keçirilib.

Məmmədov FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin yüksək səviyyədə təşkil olunması üçün görülən işlər barədə məlumat verib. Almaniyalı futbol veteranı püşkatma mərasiminə dəvət olunmasına görə təşəkkürünü bildirib, Azərbaycanda olmaqdan və mötəbər tədbirdə iştirak etməkdən böyük məmnunluq hissi keçirdiyini qeyd edib. Hamann dünya çempionatına hazırlıqla bağlı görülən işlər barədə əldə etdiyi məlumatlara əsasən mundialın yüksək səviyyədə keçiriləcəyinə əminliyini söyləyib.

Qeyd edək ki, bu gün saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin püşkatma mərasimi keçiriləcək. Tədbirə dünya futbolunun bir çox tanınmış simaları dəvət olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR