Moskvada MDB ölkələrinin Dəmir yolu nəqliyyatı Şurasının iclası keçiriləcək

Moskvada MDB ölkələrinin Dəmir yolu nəqliyyatı Şurasının iclası keçiriləcək
# 28 mart 2012 13:31 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA-Economics. Mayın 17-18-də Moskvada MDB üzvü olan ölkələrin Dəmir yolu nəqliyyatı Şurasının iclası keçiriləcək.

APA-Economics”in MDB-nin saytına istinadən xəbərinə görə, Dəmir yolu nəqliyyatı Şurası 14 fevral 1992-ci ildə MDB Hökumət Başçıları Şurasının qərarı ilə dəmir yolu nəqliyyatının işinin dövlətlərarası səviyyədə koordinasiyası məqsədilə yaradılıb.

Şuranın fəaliyyəti nəticəsində MDB-yə üzv ölkələrin dəmir yolu şəbəkəsinin texnoloji birliyini qoruyub saxlamaq, infrastrukturun razılaşdırılmış inkişafını və tarif siyasətini təmin etmək mümkün olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR