3 güləşçimiz dünya çempionatında mübarizəni dayandırıb

3 güləşçimiz dünya çempionatında mübarizəni dayandırıb
# 28 sentyabr 2012 09:18 (UTC +04:00)
Bakı – APA. Kanadanın Strazqona şəhərində qadın güləşçilərin dünya çempionatına start verilib. Apasport.az saytının xəbərinə görə, yarışın proqramına əsasən öncə mübarizəyə 51, 59 və 67 kq çəki dərəcəsində yer alan güləşçilər başlayıb.

51 kq-da mübarizə aparan Anjela Doroqan yarışa 1/8 finalda ABŞ təmsilçisi Alissa Lampe ilə görüşlə başlayıb. Ancaq görüş təmsilçimiz üçün uğurlu olmayıb.

59 kq-da Yuliya Ratkeviçin 1/8 finaldakı rəqibi türkiyəli Elif Jale Yeşilirmak olub. İdmançımız bu görüşü (3:0, 3:0) qələbə ilə başa vurub. Növbəti cəhddə Olqa Butkeviçlə (Böyük Britaniya) gərgin keçən görüşdə güləşçimiz (0:1, 1:0, 5:1) məğlub olub.

Nadya Sementsova isə 1/8 finalda isveçli Katarina Yohanssonla görüşdən (1:0, 1:0) qalib ayrılsa da, növbəti mərhələdə Kanada təmsilçisi Erzsebet Doroti Yeatsa (0:1, 2:5) uduzub.

Çempionatın 2-ci günündə 55 və 72 kq çəkidə qaliblər müəyyənləşəcək. Güləşçilərimizin ilk rəqibləri bəllidir.

55 kq çəkidə Yarina Dubovska 1/8 finaldan mübarizəyə qoşulacaq, onun ilk rəqibi Polşa təmsilçisi Katarina Kravçik olacaq. 72 kq çəki dərəcəsində Natalya Palamarçukun 1/8 finalda rəqibi isə qazaxstanlı Gözəl Manyurova olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR