Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı dövlət və hökumət başçılarının 2014-cü ildə keçiriləcək konfransına ev sahibliyi etmək niyyətindədir

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı dövlət və hökumət başçılarının 2014-cü ildə keçiriləcək konfransına ev sahibliyi etmək niyyətindədir
# 14 may 2012 10:16 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “2014-cü ildə İslam Əməkdaşlıq Təşkilatının dövlət və hökumət başçılarının 13-cü Konfransı keçiriləcək. Azərbaycan bu konfransa ev sahibliyi etmək niyyətindədir”. APA-nın xəbərinə görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov deyib. O. Əsədov ali tədbirin keçirilməsi ilə bağlı gələcəkdə reallaşacaq səsvermədə Səudiyyə Ərəbistanının Azərbaycanın namizədliyini dəstəkləməsi üçün arzularını ifadə edib.

Qeyd edək ki, O. Əsədov Azərbaycanın İƏT dövlət və hökumət başçılarının 2014-cü ildə keçiriləcək 13-cü Konfransına ev sahibliyi etmək niyyətini Səudiyyə Ərəbistanı Krallığın xarici işlər nazirinin müavini Şahzadə Əbdüləziz bin Abdullah bin Əbdüləzizlə görüşündə açıqlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR