Müsavat Partiyası qurultay üçün yenidən Bakı Şəhər İcra Hakimiyyətindən Əl Oyunları İdman Sarayını istəyib

Müsavat Partiyası qurultay üçün yenidən Bakı Şəhər İcra Hakimiyyətindən Əl Oyunları İdman Sarayını istəyib
# 28 fevral 2012 13:58 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) məktubla müraciət edib. Partiya başqanının müavini Gülağa Aslanlının APA-ya verdiyi məlumata görə, müraciətdə partiyanın VIII qurultayının keçirilməsi üçün növbəti dəfə Bakı Əl Oyunları İdman Sarayı istənilib: “Müraciətdə yazmışıq ki, həmin Sarayın qrafikini bizə bildirin, münasib vaxtda qurultayı keçirək. Əgər Sarayı vermirlərsə, digər yerlərlə bağlı təkliflər gözlədiyimizi bildirmişik”.

Qeyd edək ki, bu ilin yanvar ayında Müsavat partiyası Məclisinin qurultayının martın 3-4-də keçirilməsi qərara alınıb. Lakin partiya BŞİH-in yer ayırmadığını əsas gətirərək, qurultayı təxirə salıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR