ABŞ Dövlət Departamentinin əlaqələndiricisi: “Gender bərabərliyi məsələsində Azərbaycanda vəziyyət bütün digər ölkələrdə olduğu kimidir”

ABŞ Dövlət Departamentinin əlaqələndiricisi: “Gender bərabərliyi məsələsində Azərbaycanda vəziyyət bütün digər ölkələrdə olduğu kimidir”
# 05 noyabr 2012 10:09 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə xanım Melanne Verveer keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, indiki zamanda bir sıra qlobal problemlər, o cümlədən təhlükəsizlik, iqtisadiyyat, ətraf mühitin qorunması, idarəçilik ilə bağlı məsələlər ortaya çıxıb: “Bu problemlərin həllində qadınların iştirakı vacibdir. Gender bərabərliyi məsələsində Azərbaycanda vəziyyət bütün digər ölkələrdə olduğu kimidir. Siyasətdə, parlamentdən tutmuş, kənd təsərrüfatında idarəçiliyinə kimi bütün sahələrdə qadınların iştirakı artmalıdır”.

Ailə planlaşması məsələsinə toxunan Melanne Verveer bildirib ki, cins seçimi əsasında abortların sayı artıb və bu gələcəkdə demoqrafik problemlərə səbəb ola bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR