Əhalinin sosial müdafiəsi mərkəzləri elektron imza ilə təmin edilir

Əhalinin sosial müdafiəsi mərkəzləri elektron imza ilə təmin edilir
# 20 sentyabr 2012 15:27 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Aparatı üzrə 11 nəfər (rəhbərlik, şöbə müdirləri və sektor müdirləri) elektron imza sertifikatı ilə təmin olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, yaxın günlərdə xidmətin sosial xidmətin təşkili sektorunun müdirinə də elektron imza sertifikatı veriləcək. Xidmətdə inzibati vəzifə tutan digər əməkdaşlar da elektron imza sertifikatı ilə təmin olunacaq.

Artıq 39 rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzində ünvanlı yardımların ödənişi mərkəzləşdirilmiş qaydada elektron imza sertifikatları vasitəsilə həyata keçirilir. Bununla bağlı olaraq xidmətin strukturuna daxil olan 75 rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzindən 68-i artıq elektron imza sertifikatı ilə təmin edilib. Yaxın vaxtlarda digər mərkəzlərə də elektron imza sertifikatı veriləcək. Ümumilikdə bu vaxtadək nazirliyin aparatı və struktur bölmələri üzrə 195 ədəd elektron imza sertifikatı alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR