“Cəfəri” dini qrupunun həbsdə olan rəhbərinin məhkəməsi başlayıb

“Cəfəri” dini qrupunun həbsdə olan rəhbərinin məhkəməsi başlayıb
# 16 may 2012 13:14 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Cəfəri” dini qrupunun həbsdə olan rəhbəri Abgül Süleymanovun cinayət işi üzrə məhkəmənin ilkin hazırlıq iclası keçirilib. APA-nın məlumatına görə, hakim Mayıl Bayramovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hüquqları izah olunub. Prosesin baxış iclası isə mayın 30-na təyin edilib.

A. Süleymanov Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Baş Prokurorluq tərəfindən birgə həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində həbs olunub. O, ölkədə iğtişaşların törədilməsi, ictimai təhlükəsizliyin pozulması cəhdlərində və insanların itaətsizliyə təhrik edilməsində şübhəli bilinir.

A. Süleymanov saxlanılan zaman üzərindən 23,7 qram narkotik vasitə olan həşiş aşkar edilərək götürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR