AZAL Bakıdan Həştərxana və Rostova aviareysləri bərpa edir

AZAL Bakıdan Həştərxana və Rostova aviareysləri bərpa edir
# 12 mart 2012 10:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakıdan Rusiyanın Həştərxan və Rostov şəhərlərinə birbaşa sərnişin aviareyslərini bərpa edir. Bu barədə «APA-Economics»ə AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.

Onun sözlərinə görə, aprel ayının 22-dən başlayaraq AZAL Bakı-Həştərxan-Bakı və Bakı-Rostov-Bakı reyslərini bərpa edəcək: «Bakıdan Həştərxana uçuşlar həftədə iki dəfə, Rostova isə həftədə bir dəfə yerinə yetiriləcək».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR