Bakının Heydər Əliyev prospektində böyük tıxac yaranıb

Bakının Heydər Əliyev prospektində böyük tıxac yaranıb
# 02 aprel 2012 08:09 (UTC +04:00)
APA-nın xəbərinə görə, tıxac bir neçə saat davam edib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov APA-ya açıqlamasında bunun Babək prospektində aparılan təmir-tikinti işləri ilə əlaqədar olduğunu bildirib. V. Əsədov, Babək prospekti boyunca yeraltı və yerüstü piyada keçidlərinin tikintisi üçün hazırlıq işlərinin aparıldığını bildirib: “Heydər Əliyev prospektindəki sıxlıq da məhz bununla bağlıdır. Bu cür vəziyyətin təmir-tikinti işlərinə hazırlığın başa çatmasına qədər davam edəcəyi gözlənilir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR